SƏNAYE

29 İyun

Səudiyyə Ərəbistanından Asiya üçün neft qiymətləri ilə bağlı DƏYİŞİKLİK

Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft-qaz şirkəti Asiya ölkələri üçün avqust ayı üçün "Arab Light" markalı neftinin qiymətini artıra bilər.

Fins.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi analitiklərə istinadən xəbər verir.

Bildirilir ki, "Arab Light" markalı neftin bir barelinin qiyməti 0,65 sent artırıla bilər. Bununla da, sözügedən neft üzrə bonus 2,55 dollar təşkil edəcək (Oman/Dubai neft növləri səbəti ilə müqayisədə).

"Saudi Aramco" tərəfindən rəsmi məlumatlar gələn ayın ilk günlərində yayımlanacaq.