“Bakı Neft Mədən Avadanlıqları” ASC 2020-ci ili 46 min 55 manat xalis mənfəət ilə başa vurub. ASC 2019-cu ili 197 min 739 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il şirkətin xalis mənfəəti 4,3 dəfə azalıb.
Fins.az xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “Bakı Neft Mədən Avadanlıqları” ASC-nin əsas əməliyyat gəlirləri 686 min 948 manat və ya 37,4% azalaraq 1 milyon 148 min manata geriləyib. ASC 2019-cu ildə 1 milyon 835 min manat gəlir əldə etmişdi.
“Bakı Neft Mədən Avadanlıqları”nın xərcləri gəlirinin çox böyük hissəsini silib. Ötən il satışın maya dəyəri 1 milyon 57 min manat təşkil edib ki, bu da gəlirlərin 92%-nə bərabərdir.
Şirkət hər səhm üzrə 12 qəpik dividend açıqlayıb. “Bakı Neft Mədən Avadanlıqları” 2019-cu ilin yekunları üzrə 52 qəpik dividend açıqlamışdı.