SƏNAYE

24 İyun

SOCAR-ın birgə müəssisəsi 25 milyon dollarlıq müqavilə imzaladı

"SOCAR-Petrofac" (birgə müəssisə) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşlı" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsi (layihənin operatoru BP şirkətidir – red.) çərçivəsində "Azəri Mərkəzi Şərqi" layihəsi (ACE) üzrə 25 milyon ABŞ dolları dəyərində müqavilə bağlayıb.

"Petrofac"ın məlumata görə, müqaviləyə istifadəyə vermə və sazlama üzrə mütəxəssislərin və digər ixtisaslaşmış personalın təqdim olunması, səfərbərlik və əlaqəli xidmətlər göstərilməsi daxildir.

Qeyd edək ki, 6 mlrd. dollarlıq layihəyə (ACE) yeni dəniz platforması və gündəlik 100 min. barel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 mln. barel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

(c)APA