SƏNAYE

24 İyun

“Azərelektroterm”ə baş direktor seçiləcək

Müxtəlif metal konstruksiyaların istehsalı ilə məşğul olan “Azərelektroterm” ASC-nin rəhbərliyi seçiləcək.

Fins.az xəbər verir ki,  “Azərelektroterm” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər aşağıdakılardır:

1. “Azərelektroterm” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.

2. “Azərelektroterm” ASC-nin illik hesabatları və maliyyə hesabatlarının təsdiq olunması.

3. “Azərelektroterm” ASC-nin baş direktorunun seçilməsi.

4. “Azərelektroterm” ASC-nin direktorlar şurasının üzvlərinin və sədrinin seçilməsi.

“Azərelektroterm” ASC Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi (keçmiş 1222-ci küçə) 12 nömrəli ünvanda yerləşir.

SSSR Elektrotexnika Sənaye Nazirliyinin 24.06.1974-cü il tarixli 348 saylı əmrinə əsasən tərkibində “Bakı Təcrübə-Sınaq Zavodu” və “Xüsusi Konstruktor Texnoloji Bürosu” daxil olmaqla “Azərelektroterm” İstehsalat Birliyi yaradılıb. SSSR Elektrotexnika Sənaye Nazirliyinin 07.03.1984-cü il tarixli 170 saylı əmri ilə "Azərelektroterm” İstehsalat Birliyinin tərkibində olan “Bakı Təcrübə-Sınaq” zavodunun adı dəyişdirilərək “Bakı Elektrotermik Avadanlıqlar” zavodu adı verilib. SSSR Elektrotexnika Sənaye Nazirliyinin 29.03.1988-ci il tarixli 175 saylı əmrinə əsasən “Azərelektroterm” İstehsalat Birliyinin adı dəyişdirilərək “Azərelektroterm” Elmi İstehsalat Birliyi oldu. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 27 noyabr 2001-ci il tarixli 243 saylı sərəncamı ilə “Azərelektroterm” Elmi İstehsalat Birliyi və tabeliyində olan “Xüsusi Konstruktor Texnoloji Bürosu”, “Bakı Elektro Termik Avadanlıqları” zavodu “Azərelektroterm” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. “Azərlektroterm” Açıq Səhmdar Cəmiyyəti 22 mart 2001-ci ildə Bakı Elektrik Termik Avadanlıqları zavodunun (1982) bazasında yaradılmışdır. Bakı şəhərində yerləşir, ümumi əhatə etdiyi torpaq sahəsi 123475,0 m2 təşkil edir.

Zavodda dəmir yolu xəttləri mövcuddur. Daxili dəmir yol xəttinin uzunluğu 1,4 km-dir.

“Azərlektroterm”-ın fəaliyyəti ağır və yüngül sənayə sahələrində müxtəlif metal konstruksiya istehsalından ibarətdir. Əsas istehsalat korpusunun sahəsi minlərlə ton metal konstruksiya işlərini həyata keçirmək imkanındadır. Zavodda 300-dən çox müxtəlif çeşidli operasiya həyata keçirən dəzgah və avadanlıqlar mövcuddur.