SƏNAYE

24 İyun

Dövlət bu yataqları icarəyə vermək üçün hərraca çıxaracaq-DƏQİQ TARİX

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 12 və 22 iyul tarixlərində keçiriləcək.

Fins.az xəbər verir ki, 12 iyul tarixində keçiriləcək hərraca (//bit.ly/3wUlClF) Qobustan rayonunda yerləşən “Atyal” dolomit yatağı, 22 iyul tarixində keçiriləcək hərraca (//bit.ly/3j1I4oV ) isə Qusar rayonunda yerləşən “Qənərçay” qum-çınqıl yatağı və Siyəzən rayonunda yerləşən “Dərəzarat” əhəngdaşı yatağı çıxarılacaq. Hərraclarda iştirak etmək üçün iddiaçılar elanlarda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərraclarda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilər.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 12 və 22 iyul tarixlərində keçiriləcək. 12 iyul tarixində keçiriləcək hərraca (//bit.ly/3wUlClF) Qobustan rayonunda yerləşən “Atyal” dolomit yatağı, 22 iyul tarixində keçiriləcək hərraca (//bit.ly/3j1I4oV ) isə Qusar rayonunda yerləşən “Qənərçay” qum-çınqıl yatağı və Siyəzən rayonunda yerləşən “Dərəzarat” əhəngdaşı yatağı çıxarılacaq. Hərraclarda iştirak etmək üçün iddiaçılar elanlarda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərraclarda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilər.

Qeyd edək ki, yer təkinin istifadəsi ilə bağlı bu il keçirilməyə başlayan hərraclarda 3 faydalı qazıntı yatağı istismara verilib.