SƏNAYE

23 İyun

Pərviz Şahbazov Avropa Bankının səlahiyyət müddəti başa çatan rəsmisi ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri kimi səlahiyyət müddəti başa çatan xanım İvana Duarteni qəbul edib.

AYİB-in dəstəyi ilə enerji sahəsində həyata keçirilən layihələri qeyd edən xanım Duarte Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə edib.

Görüşdə AYİB ilə həm ənənəvi enerji mənbələri, həm də bərpa olunan enerji sahəsində əməkdaşlığın səviyyəsindən razılıq ifadə edilib, Azərbaycan-AYİB əlaqələrinin inkişafına töhfələrinə görə xanım İvana Duarteyə təşəkkür edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb.