Milli Məclisin deputatı Vahid Əhmədov köhnə sayğacların nə zaman dəyişdiriləcəyi barədə aidiyyəti qurumlara sual ünvanlayıb.
"Fins.az"-ın xəbərinə görə, millət vəkili energetika sistemində çox böyük problemlərin olduğunu bildirib:
“Ən böyük problem isə sayğaclarla bağlıdır. Bununla bağlı bizə çox sayda şikayət gəlir. Yeni qanunda ağıllı sayğac anlayışından bəhs edilir. Ümumiyyətlə, aydınlıq gətirilməlidir ki, köhnə sayğaclar dəyişdiriləcəkmi?”