SƏNAYE

22 İyun

Qaz son bir ildə iki dəfə BAHALAŞIB

 ABŞ və Avropada qazın qiymətləri son bir il ərzində təxminən iki dəfə artıb. Asiyada isə güclü tələb müşahidə olunur.

Fins.az xəbər verir ki,qazın yüksək qiymətləri beynəlxalq bazarlarda kömürə olan tələbi də artırıb.

Kömür elektrik stansiyalarında yanacaq kimi qazın əsas alternatividir. Avstraliyanın Newcastle terminalında yüklənmiş energetik kömürün fyuçers qiymətləri ötən ilə nisbətən iki dəfədən çox artıb.

Əgər qiymətlər bu səviyyədə qalarsa, amerikalıları yüksək kommunal xərclər gözləyə bilər. İstehsalçılar artan xərcləri tədricən istehlakçılara ötürməyə başlayıblar.