“Neftmaştəmir” ASC-nin 2020-ci ili 22 min 994 manat xalis zərər ilə başa vurub və şirkətin yığılmış zərəri 83 min 153 manata yüksəlib.
Fins.az xəbər verir ki, 2020-ci ildə “Neftmaştəmir”in cəmi gəlirləri 557 min 273 manat, cəmi xərcləri isə 580 min 268 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən müəssisə zərərə düşüb.
Qeyd edək ki, “Neftmaştəmir” ASC 2019-cu ili 50 min 548 manat xalis mənfəət ilə başa vurmuşdu. Həmən il “Neftmaştəmir”in cəmi gəlirləri 897 min 955 manat, cəmi xərcləri isə 847 min 406 manat təşkil etmişdi.
“Neftmaştəmir” 2018-ci ildə 859 min 182 manat gəlir əldə etsə də ili 89 min 997 manat zərər ilə bağlamışdı.
"Neftmaştəmir" maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə xidmətlər göstərir.