Yanvar-may aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 1 ton 444,6 kiloqramı qızılın payına düşüb.
Fins.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq ayları ilə müqayisədə 0,8 faiz çoxalıb.
İyunun 1-nə olan vəziyyətə əsasən, 319,6 kiloqram hazır qızıl ehtiyatı var.