SƏNAYE

16 İyun

SOCAR və Türkiye Petrolleri 3-cü ölkələrdə birgə işləyəcək

SOCAR və "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti 3-cü ölkələrdə birgə sərmayə yatıracaq.

"Fins.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib.

“Türkiyə Petrolları” başda olmaqla, bir çox şirkətimizin Azərbaycanda mühüm investisiyaları var. Eyni qaydada, SOCAR başda olmaqla, Azərbaycan şirkətlərinin Türkiyədəki sərmayələri bizi məmnun edir. Təkcə Türkiyədə deyil, lazım gələrsə, SOCAR ilə “Türkiyə Petrolları”nın üçüncü ölkələrdə də investisiya qoymaq məsələsini qardaşımla birlikdə müzakirə etdik. İnşallah, bunun üzərində də işləyirik və işləyəcəyik,- Ərdoğan söyləyib.