SƏNAYE

09 İyun

Rolands İrklis  ERRA-nın -nın fəxri üzvü seçilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov Enerji Tənzimləyiciləri Regional Assosiasiyasının (ERRA) Baş Assambleyasının onlayn iclasında iştirak edib.

Fins.az xəbər verir ki, ERRA-nın sədri, Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə komisssiyasının üzvü Maya Melikidze kvorum üçün iclas üzvlərinin qeydiyyatı keçirilib, protokol qeydiyyatçısı, səsləri hesablayan və s. nümayəndələrin seçkiləri baş tutub.

Qurumun layihələr üzrə meneceri Kasper Yaroş və Rəyasət Heyətinin üzvü Andriyana Nelkova-Çuçuk sentyabr 2020 - iyun 2021-ci illər üzrə ERRA-nın proqramlar üzrə hesabatını və 2022-ci il üçün üzvlük haqları məsələsini, Maya Melikidze 2020-2021-ci illər üzrə maliyyə və audit hesabatını,  proqram direktoru Kriştina Kaşa maliyyə statusu və dayanıqlıq proqramını, habelə iyul 2021 - iyun 2022-ci illər üzrə iş planı və büdcə layihəsini təqdim etdikdən sonra müzakirələr aparılıb və sənədlər səsvermə yolu ilə qəbul edilib.

ERRA-nın Rəyasət Heyətinin səlahiyyət müddəti başa çatmış üzvü səsvermə yolu ilə yenidən, boş qalan 1 yerə isə yeni üzv seçilib.