SƏNAYE

08 İyun

SOCAR Ukraynada yanacaqdoldurma məntəqəsi şəbəkəsini ala bilər

SOCAR şirkəti Ukraynanın “Glusko” YDM şəbəkəsini satın ala bilər. Bu barədə Ukrayna mətbuatı məlumat verir.

Bildirilir ki, Ukraynanın “Glusko” YDM şəbəkəsiniN AHİBİ Nisan Moiseyev cari ilin mart ayında Rosneft şirkəti tərəfindən yanacaq tədarükünün dayandırılması barədə bəyanatdan dərhal sonra aktivi satışı çıxarıb. Hazırda danışıqlar son mərhələdədir. Ukraynada heç kəs satış barədə təklif almayıb. Moiseyev yalnız beynəlxalq şirkətlərə dəvət göndərib

SOCAR, şirkətin YDM şəbəkəsinin satışını Azərbaycan şirkətinin “Rosnefti” tərəfindən Ukraynaya neft məhsullarının tədarükü ilə bağlı imzaladığı müqavilə ilə kompleks şəklində nəzərdən keçiriir.

“SOCAR ilə danışıqlar yaxın həftə ərzində yekunlaşa bilər. Bundan sonra saziş Ukrayna Antiinhisar Komitə tərəfindən təsdiq olunmalıdır”, - KİV qeyd edir.