SƏNAYE

04 İyun

SOCAR Ukraynaya 4 min tona yaxın Litva benzini tədarük edib

2021-ci ilin mayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi "SOCAR Ukraine" Litvadan 3,8 min ton avtomobil benzini idxal edib.

Bu barədə Ukrayna KİV-ləri məlumat verir.

Hesabat dövründə Ukraynaya Litvadan əsas avtomobil benzini tədarükçüsü "OKKO" şirkəti olub. Şirkət Ukraynaya 10,2 min ton benzin tədarük edib.

WOG tərəfindən 4,2 min ton, "Amik Ukraina" tərəfindən 3,1 min ton, "Alyans Oyl Ukraina" tərəfindən 2,6 min ton benzin tədarük olunub.

Ümumilikdə, may ayında Ukrayna 114,7 min ton avtomobil benzini idxal edib. 

 

 

© trend