"Azərişiq" ASC sayğaclarının "optik göz"lə oxunub, verilənlər bazasına inteqrasiyası üçün proqram təminatının alınmasına dair elan etdiyi açıq tenderi yekunlaşdırıb.
Fins.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Smart-Elektroniks” MMC-dir.
"Azərişiq" qalib şirkət ilə məbləği 233,6 min manat olan müqavilə imzalayıb.