Azərbaycan Respublikası Dövlət Neft Fondu 01 İyun 2021-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və “Şahdəniz” üzrə gəlirlərini açıqlayıb.
Fonddan Fins.az-a daxil olmuş məlumata görə, 2021-ci ilin 5 ayı ərzində AÇG yatağı üzrə 1 milyard 850,2 milyon ABŞ dolları, “Şahdəniz” yatağı (qaz və kondensat) üzrə 62 milyon 176 min ABŞ dolları gəlir əldə edilib. O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 57 milyon 131 min ABŞ dollar təşkil edib.
Qeyd edək ki, Fond, 2020-ci ilin ilk 5 ayında AÇG yatağı üzrə 2 milyard 106 milyon ABŞ dolları, Şahdəniz yatağı üzrə 120 milyon ABŞ dolları gəlir əldə etmişdi.