Ticarət məlumatlarına görə dünya bazarında “OPEC” toplantısı ərəfəsində bazar ertəsi səhər neft qiymətləri yüksəlir.
Şimal dənizi “Brent” xam neft qarışığının avqust fyuçerslərinin qiyməti 0.54% artaraq barreli 69.09 dollara çatdı. “WTI”-ınn iyul fyuçersləri 0.62% artaraq barreli 66.73 dollara yüksəlib.
Bazar çərşənbə axşamı keçiriləcək “OPEC” toplantısında tədarük və gələcək neft siyasətinin müəyyənləşdirilməsinə diqqət yetirdi. İnvestorlar da İranın bazara qayıtma perspektivləri ilə bağlı şərhləri gözləyirlər.
“Bloomberg”-in sitat gətirdiyi analitiklərə görə, “OPEC”-in iyul ayında neft hasilatını artırma qərarına sadiq qalacağı gözlənilir.
Xammal bazarındakı optimizm yanacaq tələbatının bərpa olunması ilə də əlaqələndirilir. Koronavirus məhdudiyyətlərinin tədricən qaldırılması daha çox hərəkətliliyə səbəb olur.