SƏNAYE

27 May

Azərbaycan qazını Avropaya nəql edən kəmərin istismara verilmə vaxtı UZADILIB

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) istismara başlamasının müddəti 2022-ci il iyunun 30-a kimi uzadılıb.

Fins.az xəbər verir ki  Bolqarıstanın Energertika və Su Təchizatının Tənzimlənməsi Komissiyasının sədri İvan İvanov deyib ki, bununla bağlı ICGB AD layihə şirkətinin müraciəti qəbul edilib.

Şirkətdən bildiriblər ki, koronavirus pandemiyası və layihənin Bolqarıstan sahəsindəki keçidin əlavə ekoloji qiymətləndirilməsi zərurəti boru kəmərinin tikintisini ləngidib.

Müəllif: Aynur Qəniyeva