SƏNAYE

27 May

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC səhmdarları - TOPLAŞIR

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Fins.az xəbər verir ki, yığıncaq 9 iyul 2021-ci il saat 11.00-da Bakı şəhəri, Suraxanı rayonu, Şakir Ziyadov küçəsi (Höv­san qəsəbəsi) 1 nömrəli ünvanda yerləşən inzibati binasında aşağı­dakı gündəlikdə keçiriləcəkdir:

1. “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin maliyyə- təsərrüfat fəaliyyətinin 2020-ci il üzrə hesabatı.

2. Digər təşkilati məsələlər.

Səhmdarlar ümumi yığınca­ğın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Suraxanı rayonu, Şakir Ziyadov küçəsi (Hövsan qəsəbəsi) 1 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

Yığıncaqda iştirak etmək vacibdir.