SƏNAYE

25 May

STAR neft emalı zavodu Egey bölgəsində 100 iri sənaye müəssisəsi siyahısında birinci olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu Egey bölgəsində 100 iri sənaye müəssisəsi siyahısında birinci olub.

Bu barədə Egey bölgəsinin Sənaye Palatasının hesabatına istinadən məlumat verir.

SOCAR-ın Türkiyədəki digər müəssisəsi - "Petkim" neft-kimya kompleksi İzmirin "Tüpraş" neft emalı zavodundan sonra üçüncü yerdə qərarlaşıb.

 Egey Sənaye Palatası bildirir ki, 2020-ci ildə STAR zavodunun bölgədəki satış həcmləri 2,8 milyard dolları ötüb. "Tüpraş"ın bölgədəki satışları 1,7 milyard dollar, "Petkim"in satışları isə 1,03 milyard dollar təşkil edib.

(c)trend