SƏNAYE

25 May

"Azərişıq" zərərdən çıxıb

"Azərişıq" ASC 2020-ci ili 2 milyon 866 min manat xalis mənfəətlə başa vurub. Halbuki, qurum 2019-cu ildən 54 milyon 863 min manat xalis zərərlə çıxmışdı.

Ötən il səhmdar cəmiyyətinin elektrik enerjisinin satışından gəlirləri 1 milyard 216 milyon 65 min manat (əvvəlki ilə nisbətən 1,3% az), satışının maya dəyəri 1 milyard 59 milyon 595 min manat (6,6% az), paylama xərcləri 46 milyon 234 min manat (1,7% az), inzibati xərcləri 67 milyon 98 min manat (8,05% çox), ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 19 milyon 562 min manat (25,6% çox), sair xərcləri 709 min manat (101 dəfə çox), sair gəlirləri 69 min manat (32,35% az), xalis maliyyə xərcləri 14 milyon 116 min manat (28,79% azdır), mənfəət vergisi ödəmələri isə 5 milyon 954 min manat (3,3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərişığ"ın aktivləri 2 milyard 429 milyon 825 min manat olub ki, bu da illik müqayisədə 4,7% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 14,3 % artaraq 768 min manata düşüb, balans kapitalı isə 2,52% artaraq 1 milyard 661 milyon 573 min manata çatıb.

Xatırladaq ki, "Azərişıq" ölkə prezidentinin 10 fevral 2015-ci il tarixli sərəcamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 678 milyon 705 milyon manatdır.

Report