SƏNAYE

25 May

Azərbaycanda bu şirkət kapitalını 1 mln manatdan çox AZALTDI 

Gedik Carçı KaynaK MMC nizamnamə kapitalını azaldıb. 

Fins.az xəbər verir ki, bu şirkətin bununla bağlı Dövlət Vergi Xidməti tərəfindən yayımlanan elanında  məlumat verilib.

Məlumata görə,Gedik Carçı KaynaK MMC-dən çıxan "Carçıoğlu Group" MMC-nə nizamnamə kapitalındakı payına uyğun naturada əmlakın (Qazax rayonu Xanlıqlar kəndində yerləşən əmlak kompleksi) qaytarılması təmin edilsin və nizamnamə kapitalının 1300030 manat azaldılaraq 3033403.33 manat miqdarında müəyyən edilsin.

Müəllif:Aynur Qəniyeva