SƏNAYE

20 May

Azərbaycan qazını Bolqarıstana daşıyacaq kəmərin istifadəyə veriləcəyi vaxt açıqlanıb

 Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi çərçivəsində tikinti işləri 2021-ci ilin sonunda başa çatacaq, layihənin kommersiya istifadəsinə verilməsi isə 2022-ci ilin ikinci yarısına nəzərdə tutulub. 

IGB Yunanıstanın və Bolqarıstanın milli qaz-nəqliyyat sistemlərini birləşdirəcək. Boru kəmərinin planlaşdırılan uzunluğu 182 kilometr, buraxılış gücü iki istiqamətdə ildə 3 milyard kubmetr təşkil edir. 

Bazar marağından və ölkələrin qaz-nəqliyyat sistemlərinin gücündən asılı olaraq, layihənin buraxılış gücü 5 milyard kubmetrədək artırıla bilər. (“Trend”)