SƏNAYE

19 May

Azərbaycan Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcək

Mayın 20-də Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcək.

Fins.az xəbər verir ki,iclasda Hökumətlərarası Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər, Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpa olunan enerji və enerji səmərəliliyi, iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ətraf mühit, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Böyük Bitaniya tərəfdən isə Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuartdır.