2020-ci ilin ilk 4 ayı ərzində Azərbaycandan 4 milyard 353 milyon 97 min dollarlıq 10 milyon 737 min 847 ton xam neft ixrac edib.
Fins.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ixrac edilmiş xam neftin statistik dəyəri 9,7%, miqdarı isə 9,3% azalıb.
2020-ci ilin ilk 4 ayında Azərbaycandan 4 milyard 821 milyon 16 min dollar dəyərində 11 milyard 839 milyon 761 min ton xam neft ixrac edilmişdi.
2020-ci ilin ilk 4 ayı ərzində Azərbaycandan 1 milyard 131 milyon 480 min dollar dəyərində 7 milyard 837 milyon 583 kub metr təbi qaz ixrac edilib. Ötən ilin eyni dövründə 821 milyon 457 min dollar dəyərində 4 milyard 365 milyon 600 min kub metr təbi qaz ixrac edilmişdi.
Xam neft və təbii qaz hesabına ilk 4 ayda Azərbaycana 5 milyard 484 milyon 113 min dollar daxil olub.