SƏNAYE

06 May

Bu zavod 2020-ci ili zərərlə bitirib 

“Bakı Şampan Şərabları” ASC 2020-ci ili 77 min manat zərərlə başa vurub. Halbuki şirkət 2019-cu ildə 6 min manat məbləğində xalis mənfəət əldə etmişdi.

Fins.az xəbər verir ki, ötən il “Bakı Şampan Şərabları”nın sair əməliyyat gəlirləri 157 min manat (16,6 % çox), kommersiya xərcləri 5 min manat (2,9 dəfə az), inzibati xərclər 59 min manat (4,9 dəfə çox), sair əməliyyat xərcləri 169 min manat (11,9 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Şampan Şərabları”nın aktivləri 7,467 milyon manat olub ki, bu da, 1 əvvələ nisbətən 0,8 % çoxdur. Hesabat dövründə “Bakı Şampan Şərabları”nın öhdəlikləri 22,4 % artaraq 753 min manata, balans kapitalı isə 1,1 % azalaraq 6,714 milyon manata düşüb.

Xatırladaq ki, “Bakı Şəmpan Şərabları” ASC 2002-ci ildə yaradılıb.

 

© report