SƏNAYE

06 May

“BP-Azerbaijan” “Qərbi Azəri" platformasında hasilatı bərpa edib

“BP-Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli» (AÇG) neft-qaz yataqlar blokunda yerləşən “Qərbi Azəri” platformasında hasilatı profilaktik işlərdən sonra bərpa edib.

“Qərbi Azəri” platformasında 2021-ci il aprel ayının 22-də başlanıb 15 günlük planlaşdırılmış profilaktik işlər proqramı uğurla başa çatıb. Proqramda nəzərdə tutulmuş inspeksiya və layihə işləri mayın 4-də tamamlanıb və platformadan hasilata başlanılıb”, - “BP-Azerbaijan”ın mətbuat katibi Tamam Bayatlı məlumat verib.

O əlavə edib ki, hazırda “Qərbi Azəri” platformasında hasilatın tədricən normal səviyyəyə çatdırılması prosesi davam edir.