SƏNAYE

04 May

Dünyanın ən böyük neft şirkətinin mənfəəti ARTIB

Dünyanın ən böyük neft şirkəti olan Saudi Aramco-nun ilk rübdə mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 24% artaraq 78,6 milyard riyal (21,7 milyard dollar) təşkil edib. Şirkətin 16,7 milyard dollar xalis mənfəət açıqlayacağı gözlənirdi.

Fins.az  xəbər verir ki, eyni dövrdə şirkətin gəliri də keçən ilin eyni dövrü ilə müqayisədə 20% artaraq 300,2 milyard riyal olub.

Aramco-un Baş direktoru "Neft tələbi mövzusunda optimistik, ancaq bazardakı problemlər sovuşdurulmuş deyil", -ifadələrini istifadə edib.

Saudi Aramco-nun birinci rüb üçün dividendi 18,8 milyard dollar olacaq.