SƏNAYE

03 May

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mənfəəti AZALIB

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) 2020-ci ili 2 milyon 225 min manat mənfəətlə başa vurub.

Qurumun maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 72,9% azdır.

Ötən il AERA-nın ümumi gəlirləri 12 milyon 522 min manat (illik müqayisədə 6,4% çox), inzibati və əməliyyat xərcləri 10 milyon 11 min manat (42,8% çox), dəyərsizləşmə üzrə ehtiyat gəlirləri 1 milyon 686 min manat (67,3% çox), dəyərsizləşmə üzrə ehtiyat xərcləri isə 1 milyon 986 min manat (17,8% çox), digər gəlirləri 18 min manat (əvvəlki il olmayıb), məzənnə fərqindən gəlirləri 5 min manat (təxminən 43 dəfə çox), məzənnə fərqindən zərəri isə 10 min manat (təxminən 37 dəfə çox) təşkil edib.