SƏNAYE

03 May

SOCAR yanvar-aprel aylarında Bakı-Novorossiysk kəməri ilə 254 min tona yaxın neft ixrac edib

SOCAR 2021-ci ilin yanvar-aprel aylarında Bakı-Novorossiysk neft kəməri ilə 253,76 min ton neft ixrac edib.

Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.

“Transneft” şirkətinin sistemi üzrə 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Novorossiysk limanına 253,76 min ton, apreldə isə 84,31 min ton neft nəql olunub.

Xəbər verildiyi kimi, 2021-ci ilin yanvarında Azərbaycandan xammal nəqli Novorossiysk istiqamətində həyata keçirilməyib, çünki SOCAR-ın bütün həcmi BTC neft kəməri ilə nəql olunub.