SƏNAYE

23 Aprel

“Azərbaycan Sənaye Korporasiyası”nın maliyyə göstəriciləri - Müzakirə Olunub

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri, Prezidentin köməkçisi Natiq Əmirovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Fins.az bu barədə Korporasiyaya istinadən xəbər verir.

Məlumata görə, iclasda Şuranın üzvləri - I vitse-prezidentinin köməkçisi Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Kənd Təsərrüfatı naziri İnam Kərimov, həmçinin Korporasiyan;n Baş direktoru Kamran Nəbizadə və qurumun digər vəzifəli şəxsləri iştirak edib.

Videokonfrans formatında keçirilən iclasda səhmdar cəmiyyətinin 2020-ci ilin yekunları üzrə maliyyə göstəriciləri və digər cari məsələlər müzakirə olunub, dövlət şirkətinin fəaliyyətinə dair hesabatlar dinlənilib, müvafiq qərarlar qəbul edilib, eyni zamanda, strateji hədəflərlə bağlı əhəmiyyətli tövsiyyələr verilib. (Report)