SƏNAYE

13 Aprel

Bu ölkə 84 milyon dollar məbləğində Azərbaycan nefti alıb

Belarus 2021-ci ilin yanvar-fevral aylarında 995,5 milyon ABŞ dolları dəyərində neft idxal edib. Bu barədə Belarus mətbuatı xəbər verir.

“Belstat”ın məlumatına görə, dəyər ifadəsində idxalın həcmi üç dəfəyə qədər artıb. Hesabat dövründə Azərbaycandan 83,6 milyon dollar, Rusiyadan 911,9 milyon dollar dəyərində neft idxal olunub.

Qeyd edək ki,  “SOCAR Trading” (SOCAR-ın törəmə strukturu) Belarus tərəfi ilə 2021-ci ildə 1 milyon tona yaxın neftin tədarükü haqqında müqavilə bağlayıb. 2021-ci ilin yanvar və fevral aylarında “SOCAR Trading” Belarusa hər biri 90 min ton həcmində iki partiya Azərbaycan nefti nəql edib.