SƏNAYE

12 Aprel

Pirallahı Sənaye Parkının rezidentinin direktoru dəyişdirilib - Kapitalı Artırılıb

Pirallahı Sənaye Parkının rezidenti - “Absheron Saffron Ltd” MMC-nin direktoru Həbib Yüzbaşiyev vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik Rahib Kəlbiyevə həvalə edilib.

Bundan başqa, kommersiya qurumunun nizamnamə kapitalı kəskin artırılaraq 400 manatdan 180 400 manata çatdırılıb.

Xatırladaq ki, “Absheron Saffron Ltd” 2016-cı ildə yaradılıb, 2019-cu ildə ona rezidentlik statusu verilib. Müəssisə Pirallahıda İtaliya və Türkiyə texnologiyaları ilə zəfərandan mürəbbə, limonad, qurudulmuş zəfəran istehsal edir.

(Report)