SƏNAYE

08 Aprel

SOCAR 2022-ci ildə səmt qazı emissiyalarını sıfra endirməyi hədəfləyir

Aprelin 6-da SOCAR-la Dünya Bankının “Səmt Qazının Məşəldə Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) təşkilatı arasında əməkdaşlıq çərçivəsində SOCAR-da səmt qazı emissiyaları üzrə əldə olunan nailiyyətlərlə bağlı onlayn görüş keçirilib. 

Fins.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayımlayıb 
Məlumata görə,görüş zamanı şirkətdə səmt qazı atqılarının azaldılması üzrə görülən işlər, əldə olunan müvəffəqiyyətlər və bunların səbəbləri istiqamətində ətraflı müzakirə aparılmışdır. SOCAR-da atmosferə qaz emissiyalarının atılmasının intensivliyinin azaldılması məqsədi ilə ən qabaqcıl ekoloji tədbirlərin həyata keçirildiyi təqdir edilmişdir.

SOCAR-ın artıq səmt qazı atqılarını 2%-ə endirdiyi və 2022-ci ildə bu növ emissiyaları sıfra endirməyi qarşısına məqsəd qoyduğu xüsusi vurğulanmış və yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, bu işlərin reallaşdırılması SOCAR-ı dünyanın nəhəng neft-qaz şirkətləri arasında ön sıraya çıxaracaqdır