SƏNAYE

08 Aprel

“SOCAR Construction” nizamnamə kapitalını AZALDIB

“SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 2,198,970 (iki milyon bir yüz doxsan səkkiz min doqquz yüz yetmiş) manat məbləğdən 1,135,292 (bir milyon bir yüz otuz beş min iki yüz doxsan iki) manat məbləğə azaldığını elan edir.

Fins.az xəbər verir bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb. 

Məlumatda bildilir ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilərlər.

Müəllif: Aynur Qəniyeva