SƏNAYE

06 Aprel

“Masdar” şirkəti Abşeronda 230 MVt gücündə günəş - Elektrik Stansiyası Tikəcək

Azərbaycan Energetika Nazirliyi, “Azərenerji” ASC və “Masdar” şirkəti (BƏƏ) arasında Abşeronda günəş elektrik stansiyasının tikinti layihəsinin reallaşdırılması məqsədilə sənədlər paketi imzalanıb.

xəbər verir ki, bu barədə  Energetika Nazirliyindəki mənbə məlumat verib.

Xüsusilə, Masdar şirkəti ilə 3 müqavilə imzalanıb: “İnvestisiya sazişi”, “Elektrik enerjisinin alqı-satqısına dair” saziş və “Paylayıcı şəbəkəyə qoşulmaya dair” saziş.

Stansiyanın gücü 230 MVt təşkil edəcək.

“Masdar” şirkətinin inşa edəcəyi günəş elektrik stansiyası Bakıdan 75 km cənub-qərbdə yerləşəcək.

Stansiyanın inşası iki ilə yaxın vaxt aparacaq. Layihəyə investisiya qoyuluşu $100 milyonadək məbləğdə qiymətləndirilir. Layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək.

“Masdar” – dünyada bərpa olunan enerji mınbələrinin inkişafı üzrə aparıcı beynəlxalq şirkətlərdən biri olan “Mubadala”nın törəmə bölməsidir.