Respublika üzrə neft hasilatının 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyi məlumat yayımlayıb
Məlumatda "Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart 2021-ci il tarixinədək təqribən 558,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 527,8 milyon ton xam neft çıxarılıb."-deyə bildirib.
Qeyd olunub ki,“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 mart tarixinədək təqribən 558 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Nazirlik həmçinin "Yataqlar istismara veriləndən cari ilin 1 mart tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 178,9 milyard kub metr, qaz hasil edilib. "-deyə vurğulayıb.
Müəllif:Aynur Qəniyeva