SƏNAYE

19 Mart

Keçən ay qiymətli metal filizləri və konsentratlarının istehsalı azalıb

Fins.az xəbər verir ki, cari ilin fevral ayı ərzində mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 645,1 kiloqram olub.

Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 47,3 kiloqram azalıb.

Martın 1-nə olan vəziyyətə əsasən 612,1 kiloqram hazır məhsul ehtiyatı var.