SƏNAYE

19 Mart

“Azəriqaz” bayram günlərində necə işləyəcək?

“Azəriqaz” İstehsalat Birliyi bayram günlərində də fəaliyyətini əvvəlki kimi davam etdirəcək.

Fins.az  xəbər verir ki, əsasən qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar. Qəza hallarının aradan qaldırılması barədə isə Birliyin baş direktoru Ruslan Əliyevin ciddi tapşırığı var. İstənilən qəza texniki baxımdan ən azı vaxtından 3 saat əvvəl icra edilib təhvil verilməlidir.

 

Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları da mart ayının 20-28 tarixlərində xidmətlərini icra edəcəklər. Abonentlərin qazsız qalmaması üçün ən mühüm xidmətlər, o cümlədən koda düşmüş kartların, qüsurlu ödənişlərin, itirilmiş və yaxud zədələnmiş smart kartların bərpası kimi xidmətlər göstəriləcək. Bundan başqa əvvəlcədən ödənişli “Zenner” sayğaclarının kartlarının bazaya işlənilməsi və aktiv olunması, əvəzlənmiş əvvəlcədən ödənişli sayğacların kartlarının verilməsi ilə bağlı müraciətlər təmin ediləcək. 50 nəfərdən ibarət mühəndis heyəti Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində həftə içi saat 10:00-dan 15:00-dək, bazar günləri isə saat 10:00-dan 14:00-dək iş başında olacaqlar. Müştəri xidmətləri yalnız martın 21-də göstərilməyəcək.

Abonentlərdən xahiş edirik ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 104/185 saylı “Çağrı Mərkəzi”nə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən yazmaqla məlumat verə bilərlər.