SƏNAYE

18 Mart

"Fitch" neftin qiyməti üzrə proqnozunu yüksəldib

"Fitch Ratings" beynəlxalq agentliyi "Brent" və WTI markalı neftin qiymətləri üzrə proqnozlarını yüksəldib.

Fins.az-ın  agentliyə istinadən verdiyi məlumata görə, proqnozların yaxşılaşdırılması bazarda tələbatın gözləniləndən daha güclü  bərpasını və "OPEC+"ın yeni dəstəkləyici hasilat siyasətini əks etdirir.

2021-ci il üçün "Brent" markalı neftin 1 barelinin qiymət proqnozu agentlik tərəfindən 45 ABŞ dollarından 58 dollara qədər yüksəldilib. Bu, neftə tələbatın gözləniləndən daha güclü olması, 2020-ci ilin ikinci yarısında baş verən iqtisadi bərpa, pandemiya ilə bağlı son məhdudiyyətlərin kifayət qədər kiçik təsiri və OPEC+"ın yeni dəstəkləyici hasilat siyasəti ilə əlaqədardır. Təsiredici amillərə həm də Səudiyyə Ərəbistanının könüllü şəkildə hasilatın azalması da daxildir. 2022-ci il üçün isə proqnoz 50 dollardan 53 dollaradək artırılıb.

(c)APA