SƏNAYE

15 Mart

Dünya İqtisadi Forumundan SOCAR-ın STAR zavodu ilə bağlı QƏRAR

Dünyanın ən rəqəmsal neft emalı zavodlarından biri olmağı hədəfləyən STAR NEZ-də hələ inşaat mərhələsində texnoloji avadanlığa 70 milyon dollardan artıq sərmayə qoyulub.

Fins.az xəbər verir ki, nəticədə zavod Dünya İqtisadi Forumu (WEF) tərəfindən Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı tətbiq edən müəssisələrin qəbul edildiyi “Global Lighthouse Network”a daxil olub. “Gələcəyin zavodları” liqasına bu il Türkiyədən seçilən yeganə şirkət olan STAR NEZ dünyada bu mükafata layiq görülən ilk neft emalı zavodudur.
Məlumatda həmçinin " “SOCAR Türkiyə”-nin törəmə şirkəti STAR neft emalı zavodu sahib olduğu rəqəmsal texnologiyaların yaratdığı dəyər nəticəsində Dünya İqtisadi Forumunun (WEF) ən qabaqcıl texnologiyaların tətbiq edildiyi müəssisələri daxil etdiyi “Global Lighthouse Network”una seçilib. “Gələcəyin zavodları”nın yer aldığı “Global Lighthouse Network”una seçilən ilk neft emalı zavodu olan STAR eyni zamanda 2021-ci ildə Türkiyədən bu şəbəkəyə daxil olan yeganə şirkətdi"-deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva