SƏNAYE

15 Mart

Azərbaycan alimləri tərəfindən PUA-ların təhlükəsizlik boşluqlarını aşkarlanması üsulu işlənilir

AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən pilotsuz uçuş aparatlarına olan GPS spoofing hücumlarının aşkarlanması üsulu işlənilir.

İnstitutdan fins.az-a verilən məlumata görə, belə hücumların aşkarlanması üçün konvalyusiya neyron şəbəkəsinə (Convolutional Neural Network) əsaslanan yeni model təklif olunur.
Təklif olunan metodla dronların uçuş zamanı əldə edilən loq-faylların üzərində tədqiqatlar aparılıb. İnstitut tərəfindən aparılan tədqiqatlar daha da dərinləşdiriləcək. Bu istiqamətdə həmçinin beynəlxalq təcrübə də araşdırılacaq.
Qeyd edək ki, PUA-ların bir sıra təhlükəsizlik boşluqlara malikdir. Dronlar GPS aldatması, zərərli proqram inyeksiyası, siqnal pozulması, xidmətdən imtina (Denial-of-service), Ortada adam (Man-in-the-middle attack) hücumlarına məruz qalır.
Bu hücumlar arasında GPS aldatma hücumçunun PUA-nı qəzaya uğratmasına və ya onun qaçırılmasına imkan yaradır. Aldatma hücumları sistemin naviqasiya sistemini hücumçunun generasiya etdiyi saxta koordinatlarla manipulyasiya etmək məqsədi ilə GPS siqnalını saxtalaşdıran hücumlardır.
Bu növ hücum zamanı GPS qəbuledicisinə saxtalaşdırılmış siqnallar göndərilərək idarəetmə ələ keçirilir.