SƏNAYE

14 Mart

Türkmənistan Azərbaycanla olan tarixi sazişi ratifikasiya etdi

“Dostluq” yatağı üzrə qarşılıqlı anlaşma haqqında Azərbaycan-Türkmənistan Memorandumu Türkmənistan Məclisində ratifikasiya edilib.

Fins.az “Turkmenportal”a istinadən xəbər verir ki, “Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və istismarı haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qarşılıqlı Anlaşma Memorandumunun ratifikasiyası haqqında” müvafiq qərar Türkmənistan parlamentinin xüsusi iclasında qəbul edilib.

Xatırladaq ki, yatağa dair mübahisələri həll edən Memorandum 2021-ci il yanvarın 21-də imzalanıb. Yatağın ehtiyatları 50 mln. ton neft həcmində qiymətləndirilir.