SƏNAYE

12 Mart

Türkiyənin “Eti Bakır” Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Türkiyənin ən böyük özəl şirkətlərindən biri olan “Cengiz Holding”in törəmə şirkəti “Eti Bakır” Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Fins.az  xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə, xüsusilə də dağ-mədən sektorunda əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğu qeyd olunub.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verərək dağ-mədən sektorunun inkişaf etdirilməsi məqsədilə icra edilən layihələrdən danışıb. İdarə Heyətinin sədri “AzerGold” tərəfindən 2021-2027-ci illər ərzində “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha 6 qızıl yatağının, eləcə də 1 polimetal və 4 mis yatağının istifadəyə verilməsinin planlaşdırıldığını bildirib