SƏNAYE

09 Mart

Yataqların istismara verilməsi ilə bağlı hərrac komissiyası yaradılır

“Bu ildən etibarən yer təki sahələrinin hərrac vasitəsilə istismara verilməsi gözlənilir. Bunun üçün müvafiq olaraq 24 yer təki sahəsi müəyyənləşdirilib”.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov feysbukda yayımlanan “Ekspert saatı” verilişində bildirib. 

O qeyd edib ki, il ərzində mərhələli şəkildə bütün yataqlar hərrac vasitəsilə istismara veriləcək. İlk hərraca çıxarılan yatağımız Göygöldə yerləşən gil yatağıdır.

Qanunvericiliyə uyğun olaraq İqtisadiyyat Nazirliyi, ETSN, FHN və digər qurumların nümayəndələrindən və yerli icra hakimiyyəti orqanının nümayəndəsindən ibarət hərrac komissiyası formalaşır. Hərracda qalib gələn şəxs yer təki istismarında hüquq qazanır.

S. Qurbanov əlavə edib ki, hərracın keçirilmə hüquqları Agentliyin səlahiyyətindədir. Hərracda iştirak etmək istəyən şəxslərlə bağlı müəyyən tələblər var, həmin tələblərə cavab verməyən şəxslər hərracda iştirak edə bilməz.

Yer təki sahələrinin maksimal istismar müddəti 25 ildir.