SƏNAYE

05 Mart

Neft Fondu AÇG üzrə gəlirlərin azalmasının səbəblərini açıqlayıb

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokunun işlənilməsi layihəsindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) əldə etdiyi gəlirlərin azalması iki amillə əlaqəlidir.

Bu barədə fins.az-a  ARDNF-dən bildirilib.

Məlumata görə, ARDNF-nin sözügedən layihədən gəlirlərinin bu ilin yanvar-fevral aylarında 42,8% azalmasının birinci səbəbi – ötən ilin müvafiq dövrü ilə müqayisədə neftə olan qiymətlərin aşağı olmasıdır.

"AÇG yataqlar blokundan dövlət payının satılması fyuçers müqavilələri əsasında həyata keçirildiyindən, Neft Fonduna satışdan əldə olunan vəsaitlər faktiki olaraq bir ay sonra köçürülür", - Fonddan bildirilib.