SƏNAYE

03 Mart

Exxon Sinqapurda işçilərinin 7%-ni ixtisar edir

Exxon Mobil Corp, COVID-19 pandemiyasından qaynaqlanan “görünməmiş bazar şərtləri” fonunda ən böyük neft emalı və neft-kimya kompleksinin yerləşdiyi Sinqapurda işçi qüvvəsini təxminən 7% azaltmağı planlaşdırır.

Fins.az xəbər verir ki,şirkətdən verilən açıqlamada, hazırkı 4000 iş yerindən təxminən 300 iş yerinin 2021-ci ilin sonuna qədər təsir edəcəyini bildirib

Sinqapurda ixtisar, Exxonun Avstraliyadakı 72 illik Altona neft emalı zavodunu bağlamaq və idxal terminalına çevirmək planını elan etməsindən bir neçə həftə sonra baş verir. 

Müəllif: Aynur Qəniyeva