SƏNAYE

02 Mart

Bu vilayət Azərbaycana sənaye məhsullarının ixracını artırmağı planlaşdırır

Ulyanovsk vilayəti Azərbaycana sənaye məhsullarının ixracını artırmağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə RF hökuməti yanında Ulyanovsk vilayətinin hökumət sədrinin müavini Aleksandr Rumyantsev bəyan edib.

“Biz yeni məhsulların Azərbaycan bazarına çıxarılmasında maraqlıyıq. Ulyanovsk vilayətinin sənaye məhsulları, mebel, məişət kimya məhsulları, ərzaq malları istehsalçılarımız “Torqpred ilə ças”da iştirak ediblər.

Xüsusilə, Ulyanovsk vilayətində “Myasnaya quberniya” brendi ilə 500 tona yaxın ət kolbasası istehsal edən “Çerkizovo” qrupu Azərbaycana tədarük həcmini ciddi şəkildə artırmağı planlaşdırır”, - məlumatda qeyd olunur.

Həmçinin, sədrmüavini qeyd edib ki, Azərbaycan bazarı Ulyanovsk vilayətinin xarici ticarət dövriyysinin həcminə görə 10-cü, regiondan ixracın həcminə görə 5-ci yerdədir.

Məlumata görə, 2020-ci il ərzində Ulyanovsk məhsullarının ixracı $22,11 milyon təşkil edib. Xüsusilə, taxıl, avtomobil texnikası, qara metaldan məmulatlar, filiz olmaya mineral xammal, mexaniki avadanlıq və texnika, kompüterlər təşkil edib