SƏNAYE

19 Fevral

Elektrik enerjisinin qiymətinin artırılacağı iddiasına - “Azərişıq”dan cavab

Sosial şəbəkələrdə Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılacağı ilə bağlı iddialar yayılıb.

Bildirilir ki, qiymətin artırılması ilə bağlı “Azərişıq” Tarif Şurasına müraciət edib.

Məsələ ilə bağlı açıqlama verən “Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumatı təkzib edib. O, yayılan informasiyanın həqiqətə uyğun olmadığını bildirib:

“Azərişıq” ASC qiymət artımı ilə bağlı rəsmi şəkildə Tarif Şurasına heç bir müraciət etməyib. Sosial şəbəkələrdə və bəzi KİV-də yayılan xəbərlərin heç bir əsası yoxdur”. 

Qeyd edək ki, hazırda elektrik enerjisinin qiyməti 300 kilovatadək 7 qəpik, limit keçdikdən sonra isə 11 qəpik hesablanır.