SƏNAYE

18 Fevral

SOCAR avtomobil benzini və dizel istehsalını AZALDIB

2021-ci ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsal həcmi 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,4% - 268,5 milyon manata qədər azalıb.

Bu barədə  fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2021-ci ilin yanvar ayında yalnız birbaşa qovulan benzin (nafta) istehsalında 69,3%-dək (39,1 min ton) artım qeydə alınıb.

Yanvar ayında neft koksunun istehsal həcmi ötən ilin müvafiq dövrünün göstəricisinə uyğun olmaqla 20,8 min ton təşkil edib.

Hesabat dövründə 86,2 min ton avtomobil benzini (azalma 29,3%), 189,3 min ton dizel yanacağı (azalma 6,8%), 29,9 min ton təyyarə yanacağı (azalma 45,8%), 1,8 min ton soba mazutu (azalma 85%), 2,5 min ton sürtkü yağı (azalma 39%), 5,7 min ton neft bitumu (azalma 61,2%) istehsal edilib.

2021-ci il fevralın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 71,8 min ton avtomobil benzini, 48,4 min ton təyyarə yanacağı, 140,6 min ton dizel yanacağı, 13,2 min ton soba mazutu, 9,1 min ton sürtkü yağı, 14,5 min ton neft bitumu, 26,4 min ton neft koksu ehtiyatı olub.